Qarabağda daha 5 erməninin meyiti tapıldı

Qarabağda daha 5 erməni hərbçisinin meyiti tapılıb.
ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, meyitlər martın 27-də Cəbrayıl və Füzuli rayonları ərazisində aparılan axtarışlar zamanı tapılıb.
Qeyd edək ki, bununla da 2020-ci il 14 noyabrdan bəri Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1523-ə çatıb.