Türkiyədə virusdan ölüm sayı 150-ni ötdü

Türkiyədə son sutka ərzində 30 021 nəfərdə koronavirus aşkarlanıb, 151 nəfər vəfat edib.
ONN media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə xəstələnənlərin sayı 3 179 115-ə, virus qurbanlarının sayı isə 30 923-ə yüksəlib. İndiyədək 2 939 929 xəstə sağalıb.