Ərdoğan bu məsələlərə görə KABİNETİ TOPLAYIR

Ərdoğan bu məsələlərə görə KABİNETİ TOPLAYIR

Bu gün Beştəpədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

ONN media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, toplantıda vilayətlərdə koronavirusa yoluxma tempinə baxılacaq. Məhdudiyyətlərlə bağlı hər hansısa bir dəyişikliyin edilib-edilməcəyinə qərar veriləcək

Həmçinin mərhələli normallaşmanın ötən ay verdiyi nəticələr analiz ediləcək. Yeni mutasiyaların yayılma sürətinə nəzər yetiriləcək.

Əsəs diqqət xaricdən alınan və ölkədə hazırlanma mərhələsində olan yerli peyvəndlərə yönəldiləcək.

Toplantının sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa səslənəcək.

Geri qayıt