Azərbaycanla iki gündən sonra… - Türkiyə AÇIQLADI

Türkiyə ilə Azərbaycan arasında şəxsiyyət vəsiqələri ilə səyahətlərə 1 apreldə start veriləcək. ONN media xəbər verir ki, bu məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Azərbaycanla səyahət protokolunun tamamlandığını bildirib. Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında şəxsiyyət vəsiqəsindən istifadə edərək səyahətlərin gerçəkləşdirilməsinə dair razılaşma keçən ilin 10 dekabrında imzalanıb.