Məcburi köçkünlərin evində yanğın - YARALILAR VAR

Məcburi köçkünlərin evində yanğın - YARALILAR VAR

Abşeron rayonunda ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 m² olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt