Pakistan Prezidenti koronavirusa YOLUXDU

Pakistan Prezidenti koronavirusa YOLUXDU

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi yeni növ koronavirusa yoluxub. ONN media  xəbər verir ki, ölkə başçısı bununla bağlı "Facebook" səhifəsində paylaşım edib. "Koronavirus testim pozitiv çıxdı. Allah COVID-19 səbəbindən vəfat edən insanlara rəhmət eləsin. Peyvəndinin birinci dozasını aldım, amma antikorlar ikinci dozadan sonra yaranmağa başlayır. Xahiş edirəm ehtiyatlı olun", - Prezident əhaliyə çağırış edib.

Geri qayıt