Xırdalanda çay evində əməliyyat - Gecə saat 1-də...

Xırdalanda çay evində əməliyyat - Gecə saat 1-də...

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan çay evi aşkar edilib. Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Tədbir zamanı Xırdalan şəhərində vətəndaş Elcan Qurbanovun işlətdiyi "Baron" çay evinin gecə saat 01:00 radələrində müəyyən edilən qaydalara zidd olaraq müştəriləri qəbul etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən obyektin sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Geri qayıt