Peyvəndin adını dəyişdilər, tərkibini isə...

"AstraZeneca" şirkəti istehsal etdiyi koronavirus peyvəndini "Vaxzevria" adlandırıb. ONN media xəbər verir ki, bu barədə məlumatı İsveç Tibbi Məhsullar Agentliyi yayıb. Bununla birlikdə şirkət, peyvəndin tərkibinin dəyişməz olduğunu və yeniliyin yalnız adla əlaqəli olduğunu vurğulayıb. Xatırladaq ki, yeni bir araşdırmaya görə "Astrazeneca" peyvəndinin simptomatik xəstəliyə qarşı effektivliyi 76%, ağır xəstəliklərdə isə 100%-dür.