Ərdoğan kabineti topladı (YENİLƏNDİ)

Ərdoğan kabineti topladı (YENİLƏNDİ)

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 30-da Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib. ONN media xəbər verir ki, iclasda gündəlikdə duran mühüm məsələlər müzakirə edilib. Bildirilir ki, Türkiyə tərəfi bundan sonra da Suriya böhranının həlli, Liviyadakı vəziyyətin normallaşması istiqamətində səylərini davam etdirəcək. Vurğulanır ki, PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin birlik, bərabərlik və bütövlüyünə qarşı olan bütün terror təşkilatları ilə aparılan mübarizə qərarlı bir şəkildə bundan sonra da əzmlə davam edəcək. Diqqətə çatdırılır ki, Türkiyə Respublikasının quruluşunun yüzüncü ildönümünə, 2023-cü ilə qədər ölkənin iqtisadi, ictimai-siyasi və hərbi təhlükəsizliyinin ən yüksək səviyyəyə çatdırılması dövlətin başlıca hədəfidir. xxx Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir. İclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir. İclasda Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti, ölkə daxilində və xaricində terrorla mübarizə, Egey, Şərqi Aralıq dənizi və Kipr mövzuları müzakirəyə çıxarılıb. İclasın gündəliyinə Qarabağda atəşkəsə nəzarət etmək üçün yanvarın 30-da işə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də daxil edilib.

Geri qayıt