Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndiyə gəlib.

ONN media  xəbər verir ki, Xankəndidə o, sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

O, sülhməramlılar üçün mobil şəhərciklərin 5 apreldən gec olmayaraq istifadəyə veriləcəyini bildirib.

Bulqakov aprelin sonuna qədər rus sülhməramlıları üçün mobil hospitalın açılacağını da söyləyib:

“Hazırda Dağlıq Qarabağda (keçmiş Dağlıq Qarabağ nəzərdə tutulur – red.) sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir. Aprelin 5-dən gec olmayaraq, onların hamısı istifadəyə veriləcək”.

Geri qayıt