SON DƏQİQƏ! Daha bir təhsil müəssisəsi BAĞLANDI

Bu gündən Bakı şəhərində yerləşən 244 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
ONN media xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Dərslər aprelin 14-ə kimi distant formada davam etdiriləcək.
Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınmışdı.