Türkiyə Müdafiə Nazirliyindən Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızı rəhmətlə anır, azərbaycanlı qardaşlarımızın acısını bölüşürük".
