Xüsusi təyinatlılarımızın təlimləri davam edir

Azərbaycan Ordusunun xüsusi təyinatlılarının Türkiyədə təlimləri davam edir. ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media səhifələrində məlumat yayıb. Paylaşımda qeyd edilib: “Qəhrəman Azərbaycan Ordusu hərbçilərinin İspartada yerləşən Terrorla Mübarizə üzrə Təlim və Tədris Mərkəzi Komandanlığında xüsusi təyinatlı təlimləri davam edir”.