Fəxrəddin Altun Bakıya səfər edəcək

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakıya səfər edəcək.
ONN media bildirir ki, bu barədə xəbəri Türkiyə Prezident Administrasiyası yayıb.
Məlumata əsasən, səfərin 10-11 apreldə baş tutması nəzərdə tutulur. Səfər zamanı Türkiyə Azərbaycan arasında başda KİV sahəsində əməkdaşlıq olmaqla, müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulur.