Ermənilərin Qarabağda tapdığı meyitlərin sayı artdı

Erməni axtarış qrupları bu gün də Qarabağdakı döyüş meydanlarında erməni əsgərlərin meyitini axtaracaqlar. ONN media xəbər verir ki, bugünkü axtarışlar Cəbrayıl rayonunda olacaq. Qeyd edək ki, 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində 1529 erməni əsgərin meyiti tapılıb. Axtarışlar Azərbaycan Ordusunun razılığı ilə aparılır.