Mən yenə Gürcüstana qayıdacam - Pozner

Mən yenə Gürcüstana qayıdacam - Pozner

Gürcüstan və gürcülərə qarşı heç bir incikliyim yoxdur.

ONN media  xəbər verir ki, bunu rusiyalı teleaparıcı Vladimir Pozner deyib.

“Belə başa düşürəm ki, Gürcüstanda kəskin siyasi mübarizə gedir. Müxalifət də mənim gəlişimdən istifadə etdi. Mənim Abxaziya haqqında 3 il əvvəl dediklərimi xatırlayaraq avtobusumuza yumurta atdılar, olduğumuz restoranın yanında səs-küy saldılar, otelimizin eyvanın altında qışqırdılar. Dostlarımı təhlükəyə atmamaq üçün getməyə qərar verdim. Tam aydınlığı ilə bildirmək istəyirəm ki, mən gürcülərdən inciməmişəm. Ümumiyyətlə, mən fəxri kaxetiyalıyam, sözsüz yenidən Gürcüstana qayıdacam”, - Pozner bildirib.

Qeyd edək ki, ötən həftə ad gününü qeyd etmək üçün Tiflisə gələn rusiyalı aparıcı Vladimir Pozner ona olan aqressiv etirazlar səbəbindən səfərini yarımçıq qoyaraq, təcili ölkəni tərk etmişdi.(axar.az)

Geri qayıt