Bu xəstəxana yenidən karantin xəstəxanasına ÇEVRİLDİ

Yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib. ONN media xəbər verir ki, müvafiq tapşırığa əsasən 5 aprel 2021-ci il tarixdən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək. Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir. Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb. / "Report"