Külək Bakıda dam örtüyünü uçurdu

Bu gün səhər saatlarında güclü külək Bakı şəhəri, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qarajlardan birinin dam örtüyünü uçurub. ONN media xəbər verir ki, dam örtüyü yola düşərək işıq dirəklərini aşıraraq yararsız hala salıb. Yola düşən dam örtüyü nəqliyyatın hərəkətinə müəyyən maneələr yaradıb.