Nikol yenə sayıqladı: Ankara ilə...

Ankara İrəvana münasibətdə aqressiv siyasətini dəyişməlidir. ONN media xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “İnterfaks”a müsahibəsində deyib. O, Ermənistan-Türkiyə sərhədinin 1993-cü ildə bitərəfli qaydada Ankara tərəfindən bağlandığını bildirib. Paşinyan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün heç vaxt ilkin şərt irəli sürmədiyini, amma bunun Ankara tərəfindən rədd edildiyini deyib. Qeyd edək ki, bundan öncə Ermənistan rəsmiləri və Paşinyan İrəvanın Ankaraya münasibətində korrektələr edilməsi gərəkdiyini açıqlamışdı.