Meksikada iki avtobus toqquşdu: 10-dan çox ÖLƏN VAR
Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ən az 13 nəfər həlak olub. ONN media xəbər verir ki, bu barədə regionun Səhiyyə İdarəsinin rəhbəri Enrike Klausen "Twitter" səhifəsində bildirib. Onun sözlərinə görə, hadisə Kaborka ilə Sonoyota şəhərlər arasındakı yolda baş verib. Qəza yerinə xilasedicilər və bir neçə təcili yardım briqadası gəlib. Bir neçə yaralanan şəxs xəstəxanaya çatdırılıb.
