Batumidə yaşayış evi çökdü - Ölən və yaralananlar var

Gürcüstanın Batumi şəhərində tikilməkdə olan fərdi yaşayış evində çökmə baş verib. ONN media xəbər verir ki, hadisə nəticəsində 3 nəfər dağıntılar altında qalıb. Xilasedicilər onlardan birinin cəsədini tapıb. Digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəzanın səbəbi hələ ki, məlum deyil.