Gəncədə güclü PARTLAYIŞ: AĞIR YARALI VAR

Gəncə şəhərində qaz sızması partlayışa səbəb olub. ONN media bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi bina 7-b, ev 53-də qeydə alınıb. İlkin məlumata əsasən partlayış nəticəsində 1987-ci il təvəllüdlü Musayeva Cəmilə Əkbər qızı ağır dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.