İranın nüvə stansiyasında qəza baş verdi
İranın Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib.
ONN media xəbər verir ki, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.
Onun sözlərinə görə, qəza AES-in elektrik şəbəkəsində baş verib və insan tələfatı və çirklənmə olmayıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.
