Cəfər Quluzadə vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məsləhətçi-professoru Cəfər Quluzadə vəfat edib. ONN media bildirir ki, o, 85 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Cəfər Müseyib oğlu Quluzadə 1936-cı ilin avqustun 27-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 1961-ci ildə Leninqrad Dövlət Universitetini bitirib. 1966-ci ildə Astrofizika ixtisası üzrə aspirantura təhsilini başa vurub və namizədlik dissertasiyasını müdafiə edib.