Erməni mediası: Nikol Paşinyan dünən parlamentdə sərxoş halda çıxış edib

Erməni mediası: Nikol Paşinyan dünən parlamentdə sərxoş halda çıxış edib


Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentə sərxoş halda gedib. Bunu hətta onun komandasının üzvləri də şəxsi söhbətlərində inkar etməyiblər.

ONN media  bildirir ki, bunu təkcə Baş nazirin qeyri-adekvat, ziddiyyətli açıqlamalarından deyil, davranışlarından da aydın görmək olardı. O, yalnız əvvəlki hökumətin nümayəndələrini hədəfə almaqla kifayətlənməyib, həm də öz dediklərinə zidd çıxış edib. Məsələn, bəyan edib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan müharibənin dördüncü günündə 2-3 gün ərzində müharibəni dayandırmaq üçün tədbirlər görülməsinin lazım olduğunu deməyib. Ancaq 2020-ci ilin dekabrın 16-da “Azatutyun” radiosuna verdiyi müsahibədə bir sualı cavablandıran Paşinyan Qasparyanın belə bir şey söylədiyini inkar etməmişdi.
Geri qayıt