Türkiyədə daha 297 nəfər virusun qurbanı oldu

Tükiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 297 nəfər olub. ONN media xəbər verir ki, aprelin 15-də ölkə üzrə verilmiş 318 217 COVID-19 testindən 61.400-nün cavabı müsbət çıxıb. Son 24 saat ərzində Türkiyədə 54 894 nəfər virusdan sağalıb. Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 3080 ağır koronavirus xəstəsi var.