Ermənilərin Qarabağda basdırdıqları minaya öz zabitləri düşdü
Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupunun komandiri Qarabağda aparılan axtarış əməliyyatı zamanı minaya düşüb. Operativ qrupun 1975-ci il təvəllüdlü komandiri (ad-soyadı açıqlanmır-red) bu gün günorta saatlarına mina partlayışı zamanı yaralanıb. Partlayış zamanı onun sağ ayağından xəsarət aldığı bildirilir. O, Xankəndinin Tibb Mərkəzinə çatdırılıb. Həkimlər yaralının həyatı üçün hər hansı təhlükənin olmadığını bildiribər. FHN-in əməkdaşı cərrahi əməliyyat edilib. Qeyd edək ki, bu, Qarabağda müharibənin dayandırılmasından sonra ermənilərin axtarış-xilasetmə əməliyyatları zamanı xəsarət almaları ilə bağlı üçüncü hadisədir. Daha əvvəl ermənilərin basdırdıqları mina partlayışı ilə bağlı iki analoji hadisə baş verib. Xatırladaq ki, Ermənistan noyabrın 10-da imzalanmış Qarabağ bəyanatını pozaraq minalanmış ərazilərin sərhədlərini təqdim etməkdən imtina edir.
