Oruc tutmaq koronavirusa qarşı ümmuniteti zəiflədir? – AÇIQLAMA

İki ildir ki, insanlar pandemiya səbəbindən oruc tutmaqda çətinlik çəkirlər. Düşünürlər ki, oruc tutmaq ümmuniteti zəiflədir və virusa daha tez yoluxa bilərlər. Maraqlıdır, oruc tutmaq həqiqətən ümmuniteti zəiflədir? Ümumiyyətlə, son iki ildir oruc tutanların sayında azalma varmı? ONN media xəbər verir ki, modern.az mövzuya aydınlıq gətirib. Həkim İlham Bayramov dərman qəbul etməyən, xəstəliyi olmayan hər bir insanın oruc tuta biləcəyini bildirib: “Ciddi xəstəlikləri olan insanlar maye qəbul etməlidirilər və bu səbəbdən onların oruc tutması çətinləşir. Xəstəliyi olan insanlarda immunitetin zəifləməsi baş verə bilər. Sağlam olan insanların isə oruc tutması onlar üçün xeyirlidir. Oruc tutmaq mədə və bağırsağın təmizlənməsi, başqa fəsadların aradan qalxmasına kömək olur”. İlham Bayramov bu il pandemiya səbəbindən oruc tutanların sayında azalma olduğunuda qeyd edib. Hacı Rauf Sərdarov mövzuya dini cəhətdən də aydınlıq gətirib. O xəstəliyi olan, səhhəti ilə bağlı hansısa problem yaşayan insanların müvəqqəti olaraq orucu dayandıra biləcəyini qeyd edib. “Xəstəliyi olub oruc tutmayan insan ümmuniteti gücləndikdən sonra buraxdığı günlərin əvəzinə yenidən orucun qəzasını tutmalı və oruc tutmadığı hər gün üçün bir acı doyduracaq qədər yemək verməlidir”. R.Sərdarov hazırda məscidlər bağlı olduğu üçün oruc tutanların sayında azalma və ya çoxalma olduğunu bilmədiyini vurğulayıb.