TƏBİB-dən açıq havada maska AÇIQLAMASI

TƏBİB-dən açıq havada maska AÇIQLAMASI

“Artıq bir müddətdir ki, açıq havada, xüsusilə ictimai yerlərdə maska taxmaq qərarı var. İctimai yer iki və daha çox şəxsin olduğu yerlərdir”. ONN media  bildirir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov Real TV-yə bildirib. “Biz küçəyə çıxarkən maska taxmasaq, kimləsə görüşürük, marketə daxil oluruq, maska taxmaq yaddan çıxacaq. Biz maska taxmasaq, nəqliyyat vasitələrində də maskasız olacağıq”, – deyə TƏBİB rəsmisi əlavə edib.

Geri qayıt