İkimərtəbəli ev yandı

Gədəbəydə ev yanıb. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.