Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

İkinci Qarabağ müharibəsində itkin düşmüş daha bir erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.

ONN media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, erməni hərbçisinin meyiti Füzuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib.

Meyitin şəxsiyyətini müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.

Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1 543-ə çatıb.

Geri qayıt