Ağdamdakı mina partlayışı ilə bağlı araşdırma aparılır

Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ONN media -ya Ağdam rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib. Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.