Qarabağ zəfəri "Savaşçı" serialında

Türkiyənin "FOX" televiziya kanalında yayımlanan "Savaşçı" serialının 101-ci bölümündə azərbaycanlı rejissor-aktyor Natiq Axundov rol alıb. ONN media xəbər verir ki, yeni bölüm bu axşam efirə gedib. Natiq Axundov "azərbaycanlı komutan" obrazını canlandırıb. Bölümdə həmçinin, Azərbaycanın zəfər qazandığı 44 günlük Vətən müharibəsində baş verən hadisələrə toxunulub.