Polisi aldatmaq üçün ingiliscə haray qoparan gəncəli

Polisi aldatmaq üçün ingiliscə haray qoparan gəncəli

Gəncə sakini polis tərəfindən cərimələnməmək üçün ingiliscə “haray” qoparıp. ONN media  xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis tərəfindən saxlanılıb. Bu zaman o, cərimələnməmək üçün özünü xarici vətəndaş kimi təqdim edib. Həmin şəxs polisi yayındırmaq üçün özünü yerə yıxaraq hay-küy qoparıb. Lakin araşdırma zamanı onun xarici ölkə vətəndaş deyil, Gəncə sakini olduğu məlum olub. Onun haqqında polis tərəfindən protokol tərtib olunaraq araşdırma başladılıb.

Geri qayıt