Hadrutda 2 erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları Hadrut ərazisində bu gün 2 erməni hərbçisinin meyitini tapıblar. ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1546 olub. Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.