Ramiz Mehdiyevi məhkəməyə verən xanım işinə qayıtdı

Ramiz Mehdiyevi məhkəməyə verən xanım işinə qayıtdı

Ramiz Mehdiyevi məhkəməyə verən Sevil Zülfüqarova işinə bərpa olunub. ONN media xəbər verir ki, Sevil Zülfüqarova AMEA-nın Dilçilik İnstitutunda işə başlayıb. O, AMEA-ya qarşı qaldırdığı iddia ərizəsini isə geri götürüb. Qeyd edək ki, S.Zülfüqarova 2020-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsindən azad olunub.Konkret.az

Geri qayıt