Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 362 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 61 967 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün 52 213 nəfər sağalıb, ağır xəstə sayı isə 3 398 olub. Qeyd edək ki, Türkiyədə indiyədək 4 446 591 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3 844 342 nəfər sağalıb, 36 975 nəfər isə ölüb.
Geri qayıt