Füzulidə pikap aşdı: ölən və yaralananlar var

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi olub. Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 21-də saat 7 radələrində Füzuli rayonunun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C.Tanrıquliyev idarə etdiyi “Mitsubişi-Pikap L200” markalı avtomobili aşırıb Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış 5 sərnişini xəstəxanaya yerləşdirilib. Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.