Qarabağa istiqaməti bildirən lövhələr - VİDEO

Qarabağa istiqaməti bildirən lövhələr - VİDEO

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması davam edir. ONN media  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, indiyə qədər magistral və respublika əhəmiyyətli avtomobil yollarında 26 ədəd bu cür lövhə yenilənib, 20 yeni lövhə quraşdırılıb. Qısa müddət ərzində daha 15 lövhənin yenilənməsi və 10 yeni lövhənin quraşdırılması nəzərdə tutulur. https://youtu.be/Mn9d_Q2acGI

Geri qayıt