NASA Marsda helikopterin ikinci sınağını keçirdi

NASA Marsda helikopterin ikinci sınağını keçirdi

NASA mütəxəssisləri Marsda “İngenuity” helikopterinin ikinci sınaq uçuşunu həyata keçiriblər.

ONN media xəbər verir ki, bu barədə NASA-nın Tvitter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, “İngenuity” ikinci uçuşunu uğurla həyata keçirib və naviqasiya kamerasının köməyilə ağ-qara çəkilişlər edib.

Qeyd edək ki, aprelin 19-da “İngenuity” helikopterinin Marsda ilk sınaq uçuşu keçirilmişdi.

Geri qayıt