Bu halda yumşalmalara gediləcək - VİDEO

Bu halda yumşalmalara gediləcək - VİDEO

Azərbaycanda gündəlik orta hesabla 12-14 min insan test olunur. Bizim peyvənd sayımız test sayımızdan 4-5 dəfə çox olsa, gündəlik 50-60 min peyvənd vura bilsək, insanlarımız randevularını götürüb daha çox peyvənd olunsalar, virusun öhdəsindən daha tez gələcəyik. ONN media  xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "İş vaxtı" verilişinə qonaq olan Almaniyada çalışan həkim Ümüd Səlimzadə bildirib. Onun sözlərinə görə, vaksinasiya prosesi nə qədər tez həyata keçirilərsə, karantinin yumşalmaları da bir o qədər tez ola bilər: "Əhali daha tez peyvəndlənməyə getməlidir. Biz nə qədər tez peyvəndlənə bilsək, İsrail və Böyük Britaniyanın misalında o qədər tez yumşalmalara gediləcək". https://youtu.be/uawkgeQpM2g

Geri qayıt