Türkiyədə yoluxanların son statistikası

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 353 nəfər ölüb. ONN media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 37 312 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün 48 027 nəfər sağalıb, ağır xəstə sayı isə 3 563 olub. Qeyd edək ki, Türkiyədə indiyədək 4 667 281 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4 121 671 nəfər sağalıb, 38 711 nəfər isə ölüb.