Sahibə Qafarova Fransa Senatının sədrinə cavab verdi

Fransa Senatının sədri Azərbaycana qarşı əsassız iddialarla çıxış edib. ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı spiker Sahibə Qafarova deyib. O əlavə edib ki, əgər Senatın sədri ədalətli mövqedən çıxış etsəydi, Azərbaycanın kəndlərinin, şəhərlərinin və müqəddəs yerlərin Ermənistan tərəfindən vəhşicəsinə dağıdılmasına göz yummazdı.