"EuroHome"un direktoru HƏBS EDİLDİ

"EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. ONN media bildirir ki, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib. Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş vermişdi. Qeyd edək ki, "EuroHome"un sahibi Azay Möhnətovdur. (unikal.org)