Yeni Zelandiyada güclü zəlzələ baş verdi

Yeni Zelandiyanın Şimal adasında 5,9 bal gücündə zəlzələ baş verib. ONN media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Tauranqa şəhərindən 1143 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilməyib.