Bakıda avtomobil aşdı, xəsarət alan var

Bakıda avtomobil aşdı, xəsarət alan var

Bakı şəhərinin Xəzər rayonunda maşın aşıb. ONN media  xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Bildirilib ki, “Nissan” markalı minik avtomobili yol kənarına aşıb. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri qayıt