Gürcüstana gedənlərin NƏZƏRİNƏ

Gürcüstanda turistin statusunun müəyyən edilməsi üçün yeni tətbiq hazırlanır. ONN media xəbər veri ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib. Onun sözlərinə görə, tətbiqdəki QR-kod vasitəsilə ziyarətçinin son 72 saat ərzində test verməsi, koronavirusa yoluxub-yoluxmaması, peyvəndin hər iki dozasını vurdurub-vurdurmaması barədə məlumat əldə etmək mümkün olacaq. Nazir tətbiqin özəl sektor üçün də yaxşı vasitə olacağını qeyd edib.