Bu küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının Suraxanı raypnunun Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə ONN media -ya  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək. A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.

Geri qayıt