Türkiyədə rekord sayda ölüm qeydə alındı

Türkiyədə rekord sayda ölüm qeydə alındı

Pandemiyanın başlamasından sonra Türkiyədə Covid-19 virusu səbəbindən ən yüksək gündəlik ölüm sayı qeydə alınıb. ONN media  xəbər verir ki, son sutkada ölkədə 394 nəfər koronavirusdan ölüb. Bu günədək ölkədə ən yüksək ölüm sayı 21 aprel tarixində qeydə alınmışdı - 362 ölüm. Qeyd edək ki, ölüm sayı artsa da, son günlərdə Türkiyədə virusa yoluxma xeyli azalıb.

Geri qayıt