İlqar Mirzəyevə xatirə lövhəsi qoyuldu

İlqar Mirzəyevə xatirə lövhəsi qoyuldu

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin evinin qarşısında şəhid polkovnikə xatirə lövhəsi qoyulub. ONN media xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, İlqar Mirzəyev 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ötən ilin dekabrında şəhid polkovnikə ölümündən sonra Milli Qəhrəman adı verilib.

Geri qayıt